Həkimdən əhaliyə ÇAĞIRIŞ: “Yalvararaq deyirəm ki...!” – VİDEO  

Tanınmış ürək cərrahı,  tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov jurnalistlər qarşısında çıxış edib. Deputat çıxışında pandemiya ilə əlaqədar mühüm məqamlara toxunub.

O qeyd edib ki, hazırda koronavirus bütün dünya ölkələrində o cümlədən Azərbaycanda tüğyan edərək ciddi vəziyyət yaradıb. Həkim xüsusilə vətəndaşları diqqətli və məsuliyyətli olmağa səsləyib:

“Dünyanın ən qabaqcıl səhiyyələrinin hər birinin insan resurslarında bəlli dayanma gücü var. Bu dayanma gücünə zərər verə biləcək hadisələrə bu qədər zaman keçdikdən və bu qədər ölkə hazırlıqlı olduqdan sonra reaksiya vermək vətəndaşlıq borcumuz, gələcəyimizə qarşı olan məsuliyyətimizdir.

Dövlətimizin hər nümayəndəsi aylardır, gecə-gündüz istirahət etmədən bu mübarizədə fəaliyyətlərini ortaya qoyurlar. Cənab Prezidentin xalqına qarşı böyük sevgisi var. Bunların hər birini görürük.

Ona görə ortalıqda gəzən mənasız və yalan sözlərə inanmamaq, “virus yoxdur” kimi fikir səsləndirənləri qinamalıyıq. Çünki belə şayiələr bizi altından çıxa bilməyəcəyimiz çətinliklərlə qarş-qarşıya qoya bilər. Karantin rejiminin 2 həftəlik sərtləşdirilməsi ilə bu period bitə bilməz. Azərbaycan vətəndaşı qaydalara uyğun şəkildə yaşamağı öyrənə bilməsə, hər ay dövlətin bütün sahələri üzə yenidən funksionallığını bərpa etməsi ilə bağlı problemlər yaşaya bilərik. Vətəndaşlar bunları nəzərə alaraq həssas olmalıdır.

Bəzən KİV-lərdə qarışıq və bir-birinə zidd fikilər insanlar arasında ciddi çaşqınlığa səbəb ola bilər. Siyasi fəaliyyətimdən uzaq olaraq vətəndaşlara səslənirəm, yeri gəlsə bir həkim kimi yalvararaq deyirəm ki, bu hadisələrin ciddiyətinə varaq ki, bundan sonra işıqlı yollara birlikdə irəliləyək. Bunların hamısı dövlətin gördüyü addımlar və vətəndaşların münasibəti ilə bəlli olacaq”.







Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu