“Aİ-nin enerji təminatında Azərbaycan mühüm rol oynayır”

“Bu, o deməkdir ki, biz həmin qurumla həm də strateji tərəfdaşıq”


İyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib. Həmçinin bildirilib ki, Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Belə ki, prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan Şərq Tərəfdaşlığının (ŞT) fəal tərəfdaş ölkəsidir. Azərbaycan Aİ-yə üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Hazırda konstruktiv əməkdaşlıq şəraitində Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş gedir.

  Bununla bağlı “Sherg.az”a danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Aİ ilə əməkdaşlığın hər iki tərəf üçün maraqlı olduğunu deyib:

“Bizim Aİ ilə çox səmərəli münasibətlərimiz var. Aİ-nin enerji təminatının ödənməsində ölkəmiz mühüm rol oynayır. Bu, o deməkdir ki, biz həmin qurumla həm də strateji tərəfdaşıq. Aİ Azərbaycanın həyata keçirdiyi layihələri maraqla qarşılayır. Həmçinin Avropa parlamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, ticarət əlaqələrimiz onu deməyə əsas verir ki, münasibətlərimiz gələcəkdə də davam edəcək. Biz eyni zamanda Avropa ölkələrinin təhsil sahəsindəki təcrübələrindən yararlanır, humanitar partnyorluğumuzu davam etdirəcəyik. Yəni münasibətlərimiz inkişaf edəcək. Bu isə, şübhəsiz, qarşılıqlı maraq doğurur”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu