“Ermənistanın işğalçı mahiyyəti növbəti dəfə ortaya qoyuldu” – İFŞA !

“Cənab Prezidentimiz İlham Əliyev “Dağlıq Qarabağ Azərbaycandır!” deməklə, mesaj verdi ki, bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməz”



“Cənab Prezident İlham Əliyev tutarlı arqumentlərlə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə ifşa etdi”.
Bunu “Sherg.az”a Milli Məclisin deputatı Tamam Cəfərova iyunun 18-də baş tutan Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransını şərh edərkən bildirib. Xanım parlamentari qeyd edib:
“Əvvəla onu deyim ki, Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Hazırda ölkəmiz bu qurumla yeni tərəfdaşlıq sazişi ilə bağlı danışığların yekun mərhələsindədir.

Hətta, Cənab Prezidentin də dediyi kimi, sazişdə nəzərdə tutulan məsələlərin 90 faizi artıq razılaşdırılıb.

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün hər zaman Xarici siyasət istiqamətində prioritet olub. İttifaqa üzv olan 9 ölkə ilə münasibətlərimizin səviyyəsi qəbul olunan strateji tərəfdaşlıq sənədlərində təsbit olunub”. 

Millət vəkili iki il əvvəl Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədinin paraflanmasına da toxunub:
“Cənab Prezidentin də vurğuladığı kimi, burada tərəflərin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə sadiqliyindən söhbət gedir. Hansı ki, Ermənistan 30 ildir ki, bu prinsipləri heçə sayır. Dağlıq Qarabağ və daha 7 rayonumuzu işğalda saxlamaqda davam edir.

Cənab Prezident bu günə qədər əhəmiyyət verilməyən 4 BMT qətnaməsini də bir daha videokonfrans iştirakçılarına xatırlatmaqla, Ermənistanın işğalçı mahiyyətini ortaya qoydu. Ermənistan eyni zamanda digər mötəbər qurumların- ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər nüfuzlu təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymur. İşğal olunmuş ərazilərimizdə qanunsuz olaraq məskunlaşma siyasəti yürüdür. Cənab Prezident növbəti dəfə qəti şəkildə “Dağlıq Qarabağ Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Ermənistan deyil, Azərbaycandır” deməklə, heç bir güzəştdən söhbət gedə bilməz mesajını verdi”.

Tamam Cəfərova işğala və humanitar fəlakətə rəğmən, ölkəmizin sosial-iqtisadi inkişafına da diqqət çəkib:

“Cənab Prezident faktlara əsaslanaraq, son 16 ildə ümumi daxili məhsuldakı 3 dəfədən artıq artımı diqqətə çatdırdı. Yoxsulluq səviyyəsinin 49 faizdən cəmi 5 faizə endirilməsi faktı isə, görülən işlərin məntiqi nəticəsi olaraq əhəmiyyətli rəqəmdir. Dövlət başçımız yaxın zamanlarda, Azərbaycanın Avropa İttifaqına üzv dövlətləri təbii qazla təchiz edəcəyini deməklə, ölkəmizin əhəmiyyətini bir daha isbat etmiş oldu” .

Millət vəkili koronavirus pandemiyası ilə bağlı mübarizədə, ölkəmizin xüsusi rolu ilə bağlı Prezidentin çıxışına da toxundu:

“Ümumdünya Səhiyyə Təşkmilatının koronavirusla bağlı mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmasının təbii səbəbləri var. Əvvəla burada dövlətin vətəndaşını qoruma istəyi və bu istəkdən irəli gələn tədbirlərin görülməsindən söhbət gedir. Yəni insan faktoruna verilən dəyər yüksək qiymətləndirilir.

İkincisi, Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq qurumlarla işbirliyi, reallaşdırdığı videokonfransları, mübarizəyə effektiv təsir edən təklifləri ÜST-ün bu qənaətinə təsir edib. Və nəhayət, növbəti səbəb, Azərbaycanın ÜST-lə yanaşı 30-a yaxın ölkəyə maddi və humanitar yardım göstərməsi, ölkəmizin bu məsələyə nə qədər ciddi yanaşdığının göstəricisidir ki, ÜST bunu dəyərləndirir”.

Millət vəkili İlham Əliyevin məntiqə söykənən çıxışına dözümsüzlük nümayiş etdirən Nikol Paşinyanın səsləndirdiyi replikya da münasibət bildirib:

“Əvvala, Paşinyanın beynəlxalq səviyyəli müzakirədə ermənicə replika atması, etik və protokol qaydalarına zidd idi. İkincisi, Nikolun Azərtbaycanı irqçi siyasət yürütməkdə ittiham etməsi absur, hətta gülünc səsləndi.

Çünki Cənab Prezident ondan əvvəl konkret faktlarla Ermənistanın mahiyyətini ortaya qoydu. Və beynəlxalq təşkilatların da bu xüsusda mövqeyi aydındır. Üçüncüsü, Paşinyan Ramil Səfərovun əffi məsələsinə toxunmaqla, özünə növbəti dəfə quyu qazdı. Erməni terrorçularının dünyaca məşhur olduğunu deyən Cənab Prezident, Parisin Orli hava limanında terror aktı törətmiş Karapetyanın sonradan Ermənistana ekstradisiya edilərək əfv olunmasını deməklə, Paşinyana dərs vermiş oldu. Cənab Prezident Paşinyana sakit oturmağı tövsiyə etməklə, adamın nə qədər dayaz olduğunu göstərmiş oldu”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu