“Ermənistan sosial partlayış ərəfəsindədir” – Populizm işləmədi

“Küçə demokratiyası Ermanistanda dayaq tapmadı. İnsanların gözləntiləri özünü doğrultmadı”

“Məhz bu səbədəndir ki, son günlər işğalçı ölkədə xaos hökm sürür”



2020-ci il iyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı keçirilib. Konfransda Aİ ilə münasibətlərin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğu qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycan Aİ-yə üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

Hazırda konstruktiv əməkdaşlıq şəraitində Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş gedir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ticarətinin təqribən 50% Aİ üzv dövlətlərinin payına düşür. Azərbaycan uzun müddətdir ki, Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamasına da konfransda xüsusi diqqət ayrılıb. 

Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini vurğulayan millət vəkili Ceyhun Məmmədovun “Sherg.az”a açıqlamasına görə, 2009-cu ildə əsası qoyulan Şərq Tərəfdaşlığı Proqramı ilə müxtəlif sahələrdə qurulan əməkdaşlıqda əhəmiyyətli nəticələrə imza atılıb:



“Ötən 11 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayalar qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub. Bu gün Azərbaycanın Avropa İttifaqı ilə yüksələn xətlə inkişaf edən münasibətləri var. Ölkəmizin İttifaqın 9 üzvü ilə strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinin də 90 faizi artıq razılaşdırılıb. Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır və yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək". 

Millət vəkili deyib ki, Şərq Tərəfdaşlığı Sammitlərində Azərbaycanın mövqeyi qəti olur və müdafiə edilir: 

"Bu mənada, Şərq tərəfdaşlığının son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşdü. Şərq Tərəfdaşlığı ölkələrinin sammitində Nikol Paşinyan növbəti dəfə özünü necə ifşa etdiyini hər iki tərəf görmüş oldu. Ermənistan baş naziri bir daha özünü siyasətdə qeyri-peşəkar göstərdi. Paşinyan Ermənistandakı vəziyyəti nəzərə alaraq daxili auditoriyaya hesablanmış çıxış edirdi. Lakin siyasi və diplomatik qabiliyyəti olmadığından özünü pis vəziyyətə saldı”. 

Millət vəkilinin fikrincə, Avropa İttifaqı rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanla müqayisədə Ermənistan çox aciz və cılız nəzərə çarpırdı:

 "Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə özünü biabır etdi. İşğalçı ölkə sosial partlayış ərəfəsindədir. Xalq artıq Paşinyanın populizminə inanmır. Küçə demokratiyası Ermanistanda dayaq tapmadı. İnsanların gözləntiləri özünü doğrultmadı.

Məhz bu səbədəndir ki, son günlər işğalçı ölkədə xaos hökm sürür. Parlamentin üzvü Sarukyanın həbsindən sonra baş verənlər, polisin aksiyaçılara qarşı zor tətbiqi, jurnalistlərin belə təqibə məruz qalması prosesləri demək olar ki, məcrasından çıxarıb. Bunların fonunda biz Qərb institutlarının sükutunu seyr edirik. Nədənsə insan hüquqularından bəhs edən Qərb institutları varlıqlarını göstərmirlər.

Digər ölkələrdə analoji hallar baş verdikdə böyük ajiotaj yaradan Qərb təşkilatları Ermənistandakı hadisələrə loyal münasibət bəsləyirlər. Bunun özü də ikili standartlardan, ayrı-seçkilikdən və qərəzdən xəbər verir”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu