Az qaldı: Paşinyanın iç üzü ortaya çıxacaq


“Beynəlxalq təşkilatlatın, o cümlədən ATƏT-in Ermənistana qarşı ikili mövqeyi göz qarşısındadır”.

Bu sözləri Ermənistanda baş verən qarşıdurma haqqında “Sherg.az”a danışan millət vəkili Rüfət Quliyev deyib. Belə ki, Ermənistanda parlament “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığını ləğv edib. Sarukyan ifadə vermək üçün istintaqa cəlb olunub. “Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsələr də, ölkənin təhlükəsizlik qüvvələri bunun qarşısını kobudluqla alıb. Yüzlərlə adam saxlanılıb və təzyiqlərə məruz qalıb. Demokratiyanı təbliğ edən beynəlxalq qurumlar, o cümlədən ATƏT bütün bunların qarşısında səssiz qalıb”. 
 
 R. Quliyev, həmçinin bildirib ki, Paşinyanın iç üzünün ortaya çıxmasına az qalıb:

“Baş verən son hadisələr yerli əhalidə hakimiyyətə qarşı inamsızlığının yarandığını sübut edir.  Düzdür, beynəlxalq ictimaiyyətin Ermənistana münasibəti hələ ki, birmənalı deyil. Amma gec-tez həqiqət üzə çıxacaq, Paşinyan fiaskoya uğrayacaq. Onda Ermənistan tamamilə  tək qalacaq və ölkəsində baş verən hər bir qanun pozuntusuna görə cavab verəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu