"Arsenal" da Bernd Leno sıradan çıxıb


İngiltərənin "Arsenal" klubu daha bir ciddi itki ilə üzləşib.

 Matc.az bildirir ki, London təmsilçisinin qapıçısı Bernd Leno sıradan çıxıb.

O, Premyer Liqanın 30-cu çərçivəsində qarşılaşdıqları "Brayton"la səfər matçında ağır zədə alıb. Görüşün 40-cı dəqiqəsində rəqib futbolçu Nil Mope ilə toqquşan almaniyalı qolkiperin vəziyyəti ağır olduğundan, onu xərəkdə meydandan çıxarıblar.
 
"Arsenal"ın rəsmi saytının yaydığı məlumata görə, Lenonun durumuna yaxın günlərdə ətraflı müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, "Arsenal" "Brayton"la oyunda 1:2 hesablı məğlubiyyətə üzülüb. London təmsilçisi daha öncə Qranit Caka və Pablo Marinin də xidmətindən məhrum olmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu