“Qarabağ Qaziləri” İB BMT-nin üzvü oldu: "Həqiqətlərimiz dünyaya çatacaq” 

“Məqsəd görülən işləri BMT səviyyəsində müzakirəyə çıxarmaqdır”

“Həmçinin BMT-nin prioritetlərinin müəyyənləşməsində də iştirak etmək istəyirik”




“Qarabağ qaziləri” ictimai birliyi BMT-nin Sosial İqtisadi Şurasına (ECOSOC) üzvlüyə qeydə alınıb. Təşkilatın quruma üzvlüyü ilə bağlı məsələyə ECOSOC QHT Komitəsinin 19 ölkə təmsilçisindən ibarət növbəti geniş sessiyasında baxılacaq”.

Bu barədə “Qarabağ qaziləri” İctimai Birliyin sədri Asəf Əliyev bildirib. O, Qarabağ qazilərinin müraciətlərinin, onların işğal altındakı ərazilərimizdə törədilən vandalizm aktları ilə bağlı bəyənatlarının, eləcə də sosial-iqtisadi məsələlərdə qazilərin hüquqlarının müdafiəsi, çox minli qazi ordusunun səsinin yüksək tribunalardan eşidilməsi kimi məsələlərdə beynəlxalq təcrübənin öyrənilməsinə ciddi önəm verdiyini bildirib. Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının gücləndirilməsində səylərin artırıldığını vurğulayıb.


 
Məsələ ilə bağlı “Sherg.az”a ətraflı məlumat verən hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, adıçəkilən İctimai Birlik çox böyük nüfuza malikdir: 

“Bu birlik 1990-cı illərdən fəaliyyət göstərir. 2001-ci ildə isə qeydiyyata alınıb. Ötən illər ərzində biz çox böyük işlər görmüşük. Əlillərə, Qarabağ qazilərinə qayğı göstərilməsində, o cümlədən onlara mənzil və maşınların  verilməsində, qanunvericiliyə dəyişiklik edilməsində bu birliyin müstəsna xidmətləri var. Yəni “Qarabağ qaziləri” İB kifayət qədər böyük təşkilatdır. 

 R.Kərimoğlunun fikrincə, bu, gələcəkdə mühüm əhəmiyyətə malik olacaq: 

“Biz artıq BMT-yə qeydiyyata alındıq. Gələn ildən isə konsultativ üzvü olacağıq. Gələcəkdə hətta əsas üzvlərindən birinə çevrilə bilərik. Azərbaycandan indiyə qədər ancaq Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin üzvü olmağı bacarıb. Bizim bu addımı atmaqda məqsədimiz isə Azərbaycan həqiqətlərini dünyaya tanıtdırmaq, görülən işləri BMT səviyyəsində müzakirəyə çıxarmaqdır. Həmçinin BMT-in prioritetlərinin müəyyənləşməsində də iştirak etmək istəyirik”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu