Deputat: “Sağlam insan da koronavirus daşıyıcısı ola bilər”

“Qaydalara əməl etmək özünüz və ailəniz, yaxınlarınız və ümumən cəmiyyətimiz üçün çox önəmlidir"


Koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

Eyni zamanda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər tətbiq edilib. 

Pandemiya ilə əlqədar ölkəmizdə görülən tədbirlərin məqsədi təbii ki, vətəndaşların sağlamlığının qorunmasıdır. Virusa yoluxanların sayı günü-gündən bütün dünyada artır. Məhz dövlət tərəfindən görülən tədbirlər pandemiyanın təsirlərini azaltmaqdır.

Millət vəkili Əliabbas Salahzadə “Sherg.az”a açıqlamasında vətəndaşları sərt karantin müddətində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qərarlara uyğama çağırıb:

“Koronavirusun yayılmasının qarşısını almaq üçün hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik. Dövlətimizin koronavirusa qarşı atılan addımlardan, gördüyü işlərdən xəbəriniz var. Bütün bu tədbirlərlə yanaşı, bizim hər birimiz də öz məsuliyyətimizi dərk etməliyik. Ona görə də sizdən çox xahiş edirəm, dövlətin qaydalarına, qanunlarına, qadağalarına və çağırışlarına əməl edin. Evdə qalmağa çalışın, evdə qalmaq sizin özünüz üçün lazımdır. Bu, adi bir qrip infeksiyası deyil ki, özünü büruzə versin, koronavirus bir neçə gün sonra özünü göstərir. Bəzən sağlam insan da koronavirus daşıyıcısı ola və digərlərini yoluxdura bilər. Ona görə də evdə qalmaq özünüz və ailəniz, yaxınlarınız və ümumən cəmiyyətimiz üçün çox önəmlidir".

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu