Tarix müəllimindən dövlət rəhbərinə: “Gələcəyimizin daha da gözəl olacağını görürük”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Siyəzən rayonundan Nailə Quliyevanın məktubunda deyilir: 

“Hörmətli cənab Prezident, ölkəmizin sürətli inkişafı, iqtisadi sahənin tərəqqisi Azərbaycanda mədəniyyət və turizm mühitinin də yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu sahəyə göstərilən dövlət qayğısının daha bir nümunəsi isə “Beşbarmaq Dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 8 iyun 2020-ci ilin tarixində imzaladığınız Sərəncam oldu. Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin qədim köklərə malik olduğunu sübut edən bu tarix-təbiət abidəsinin diqqətinizi cəlb edərək Dövlət Qoruğu elan edilməsi xəbəri Siyəzən sakini və tarix müəllimi kimi məni çox sevindirdi. Dünyanın ən qədim insan məskənlərindən, bəşər sivilizasiyanın ilk beşiklərindən olan Azərbaycan daim məşhur səyyahların diqqətini özünə cəlb etmişdir. Azərbaycan dövləti tarixi dəyərlərə söykənən təməl üzərində quruldu. Son illərdə isə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Sizin rəhbərliyinizlə ölkədə aparılan iqtisadi islahatların nəticəsində ölkəmiz dünyada tanınmış, regionda lider dövlətə çevrilmişdir. Biz gələcəyə nikbinliklə baxırıq, gələcəyimizin daha da gözəl olacağını görürük. İnanırıq ki, imzaladığınız bu Sərəncam da ölkəmizdə turizmin inkişafına öz töhfəsini verəcəkdir. Cənab Prezident, yeritdiyiniz müdrik siyasəti, qəbul etdiyiniz qətiyyətli qərarları ürəkdən dəstəkləyirəm və Sizə minnətdarlığımı bildirirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu