Arif Əliyev:“Elçibəyin 1999-cu ildə keçirilən ad gününü heç vaxt unutmaram”

Bu gün Azərbaycan Respublikasının dövlət başçılarından biri, Azərbaycan Xalq Cəbhəsinin banisi Əbülfəz Elçibəyin doğum günüdür. O, 1938-ci ildə dünyaya gəlmiş və sonrakı fəaliyyəti ilə adını qəlblərə əbədi yazmışdır. Ə.Elçibəy çıxışlarının birində deyib: “Mən bir türk övladıyam, öz taleyimi həmişə millətin taleyi ilə qovuşdurmağa çalışmışam”. Təkcə bu sitat Əbülfəz Elçibəyin necə böyük şəxsiyyət, dahi lider olduğunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, illər keçsə də, bütün ictimai-siyasi dəyişikliklərə rəğmən,  Azərbaycan vətəndaşları Əbülfəz bəyi ən xoş xatirələrlə xatırlayır, ona rəhmət oxuyurlar.
 
Elçibəyin doğum günü ilə bağlı “Sherg.az” saytı olaraq onun mətbuat katibi vəzifəsində çalışmış, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikirlərini öyrəndik. O, açıqlamasında Bəyin yaddaqalan fəaliyyətindən danışdı: 

“Əbülfəz Elçibəy Azərbaycanın ikinci, xalqın isə seçdiyi birinci prezidentdir. Fəaliyyət dövrü qısa olsa, Azərbaycanın sonrakı inkişaf mərhələsinin əsas xarakteristikasını yaratdı. 

Mən Elçibəylə işləməkdən həmişə qürur duymuşam. Bu tarixi dəfələrlə onunla birlikdə qeyd etmişik, ad günündə eyni masa arxasında oturmuşuq. Xüsusilə 1999-cu ildə keçirilən ad gününü heç vaxt unutmaram. Həmin mərasimdə mərhum jurnalist Nəcəf Nəcəfov da bizimlə idi. 

Elçibəy həmişə deyirdi ki, mən bu ad günlərini Nəcəf üçün keçirirəm. Elə o da eks-prezidentin ad günündə məmnuniyyətlə iştirak edirdi. Yəni Elçibəy belə adam idi, hər kəsin sevgisini qazanmışdı”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu