Akademik dil normalarına görə cərimələrdən DANIŞDI: “...Belə qayda var”

“Əlbəttə, şüur inkişaf etdikcə inzibati metodlara ehtiyac qalmayacaq”


Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.
Bu, Prezident İlham Əliyev tərəfindən dünən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.


Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

 Dəyişikliyi “Sherg.az”a qiymətləndirən akademik İsa Həbibbəylinin fikrincə, bu, müsbət nəticə verəcək: 

“Dünyada belə təcrübələr var. Dilin qorunması naminə atılan bu cür addımları lazımlı hesab edirəm. Çünki dil hər bir millətin varlığını, müstəqilliyini qoruyan ilkin şərtdir. Əlbəttə, şüur inkişaf etdikcə inzibati metodlara ehtiyac qalmayacaq. Ancaq dediyim kimi, digər dövlətlərdə də belə qayda var. Düşünürəm ki, sözügedən dəyişiklik müstəqilliyimizin qorunmasına xidmət edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu