Qərar dəstəkləndi: “Qohum evlilikləri və erkən nikahlar tədris olunsun !

“Yalnız qohum nikahlar yox digər mənəvi-əxlaqi dəyərlərlə bağlı bilgi vermə materiallarına dair fənn tədris edilməlidir”

“Məsələn, sovet dönəmində “Etika”, “Estetika” fənni var idi”


Qohum evliliklərinin mənfi nəticələri dərsliklərdə mövzu olacaq. Bu, Baş Nazir Əli Əsədovun imzaladığı yeni qərarda öz əksini tapıb.
Qərara əsasən 9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil ediləcək.
Təhsil Nazirliyi təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini, maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini, eyni zamanda erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edəcək.

Yeni qərarın vacib olduğunu deyən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü “Sherg.az”a açıqlamasında bildirib ki, bir çox məsələlərlə əlaqədar orta məktəblərdə maarifləndirilmə işləri aparılmalıdır.
Ekspertin fikrincə, qohum evliliklərinin mənfi nəticələri və erkən nikahlar ayrıca fənn kimi də tədris oluna bilər:

“Ümumiyyətlə yalnız qohum nikahlar yox digər mənəvi-əxlaqi dəyərlərlə bağlı bilgi vermə materiallarına aid fənn tədris edilməlidir. Məsələn, sovet dönəmində “Etika”, “Estetika” fənni var idi. Hazırda çoxlu sayda mövzular var ki, onları orta məktəblərdə tədris etmək lazımdır. Aşağı siniflərdə “Həyat bilgisi” fənni var.

Burada etika, estetika, kulturologiya sahəsində müxtəlif mövzular var. Yuxarı siniflər, xüsusən 9-11-ci siniflərdə uşaqların elə bir yaş  dövrü olur ki, onların düşüncələrində fərqliliklər baş verir. Ona görə də erkən nikahlar və qohum evlilikləri ilə bağlı mövzuların dərsliyə salınması çox yaxşı haldır.

Xarici ölkə təcrübələrində ali məktəblərdə “Embrional pedoqogika” fənni tədris olunur. Bizim də ali məktəblərimizdə belə fənnlərin tədrisi vacibdir. Şagirdlərin həmçinin müəllimlərin bu bilgilərə sahib olması lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu