"...Azərbaycanda da maska taxmaq məcburi ola bilər” - Qaydalara əməl edək !

“Ajiotaj yaratmadan, elementar qaydalara əməl etsək, buna ehtiyac qalmaz”



ABŞ-ın Vaşinqton ştatında iyunun 26-dan etibarən maska taxmaq məcburi olacaq. Bu barədə ştatın qubernatoru Cey İnsli “Twitter” hesabında yazıb.
O, sosial məsafəni saxlamaq mümkün olmadığı təqdirdə, maskaların həm qapalı məkanlarda, həm də açıq havada taxılmasının lazım olduğunu bildirib.
“Biz COVID-19-un Vaşinqtonda hazırda olduğu kimi yayılmasına imkan verə bilmərik”, - deyə C.İnsli bildirib.
 
  İndi təkcə ABŞ-da yox, digər dünya ölkələrində də bu təcrübə tətbiq edilir. Azərbaycandakı statistika onu göstərir ki, bu, bizim üçün də istisna deyil. 

“Azəri-türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu barədə “Sherg.az”a fikirlərini bildirərkən analoji təcrübənin arzuolunmaz olduğunu vurğuladı:

“Bu gün Azərbaycanda da qapalı məkanda  maska taxılır. Hətta bu qaydadan kənara çıxanlar cərimələnirlər. Ancaq, əlbəttə, heç kim istəməz ki, açıq havada da maska taxılsın. Ümid edirəm ki, buna ehtiyac da qalmaz. Əslində maskanın məcburi olub-olmaması vətəndaşlarımızın öz əlindədir.  Əgər ajiotaj yaratmadan, panikaya düşmədən, sadəcə  elementar qaydalara əməl edərək özümüzü və əzizlərimizi qorumağı bacarsaq, buna ehtiyac qalmaz. Əks halda isə bizdə həm qapalı məkanda, həm də açıq havada maska taxmaq məcburi ola bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu