Mədəniyyət yazarından TƏNQİD: “Müğənni köməkçiləri özlərini "yuxarı"dan aparır...”


Bəlkə də, dünyanın ən çətin, eyni zamanda şərəfli peşələrindən biri jurnalistikadır. Çünki jurnalist istənilən sahədən olan çoxsaylı   insanlarla ünsiyyətdə olur. Hər biri ilə ayrı-ayrı dil tapmağa çalışır. Bu şərəfli peşənin  nümayəndələri zaman-zaman kobud şəxslərin  qeyri-etik ifadələrinə məruz qalır. Xüsusilə də  mədəniyyət yazarları belə  hallarla tez-tez rastlaşır. Maraqlıdır ki, həmin problemlər sənətçilərdən çox onların köməkçiləri, prodüserləri və menecerləri ilə yaşanır.

Bəs  jurnalistə qarşı bu sayğısızlıq nədən qaynaqlanır? 



Sualımıza cavab tapmaq məqsədilə tanınmış jurnalist Pərviz Hüseynlə əlaqə saxladıq. Həmkarımız “Sherg.az”a söylədi ki, istər prodüserlər, istər menecerlər, istərsə də köməkçilər birbaşa müğənnini təmsil edir:
“Onların etdiyi kiçik  səhv sənətçinin imicinə böyük zərbə vurar. Onların heç kimlə kobud danışmağa haqqları yoxdur.  Nəticədə bu kiminsə  əməyini  küçümsəmək mənasına gəlmir.  Sadəcə olaraq, münasibətləri korlamaq düzgün deyil. İnsanın  səhvi ola bilər, bu nöqsanı ona başa salmaq lazımdır.  Jurnalistin müraciət formasında problem varsa,  insanlar qarşılıqlı olaraq anlaşa bilərlər.  Kiminsə kiməsə kobudluq etməyə hüququ yoxdur. Ola bilər ki,  müğənnilərin köməkçiləri özlərini yuxarıdan aparsınlar, amma bu,  düzgün deyil.  Dediyim kimi bu, əsas müğənninin özünə zərərdir“.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu