Gənc şairə: “Böyük festivala Ramiz Rövşənlə birlikdə qatılmaq xoşbəxtlikdir”

Dünyanın ən böyük şeir festivallarından biri olan Medillin festivalı bu il də keçiriləcək. Koronavirus pandemiyası ilə əlaqədər olaraq bu dəfə festival onlayn formada baş tutacaq. Avqustun 1-dən sentyabrın 1-na kimi davam edəcək poeziya günlərində 103 ölkədən 191 şair iştirak edəcək. Festivalda çıxış edəcək Azərbaycan heyətinin tərkibində Ramiz Rövşən, Nigar Həsənzadə və Nigar Arif var. 

Festivalla bağlı “Sherg.az”a məlumat verən N. Arif deyib ki, bu, onun üçün xüsusi əhəmiyyətlidir:



“Müxtəlif günlərdə müxtəlif ölkələrdən şairlərlə görüşlər olacaq.  Biz şeirlərimizi səsləndirəcəyik. Azərbaycanı təmsil edəcək şəxs kimi ilk dəvət alanlardan biri olduğum üçün özümü şanslı hesab edirəm.   Festivalın yaradıcısı "Dünya festivallarının direktoru", böyük şair Fernando Rendon özü şəxsən məni dəvət etdi. Ölkəmizin ən böyük şairlərindən biri Ramiz Rövşənlə birlikdə belə bir böyük festivalda iştirak etmək əsl xoşbəxtlikdir . Eləcə də dünyanın digər mötəbər şəxslərini əyani görə biləcəm. Çıxışım sentyabrın 1-i bizim saatla 20:00-da başlayacaq. Onu da deyim ki, festivalda iştirak edəcək hər bir şair haqda məlumat və onu şeirləri həm ingiliscə, həm də ispancaya tərcümə olunaraq Festivalın rəsmi saytında  yerləşdirilib. Saytda, həmçinin şairlərin öz ifasında səsləndirdiyi şeir videoları da yayımlanıb”.



Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu