“Əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri addımlar atılır»

«Ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür» 

"Bu tədbirlərdən biri də yeni tipli modul xəstəxanalarının açılması, onların müasir tibbi avadanlıqlarla, dərmanlarla təchizatıdır”



Koronavirusla mübarizənin  Azərbaycan dövlətinin fəaliyyətində prioritet məsələyə çevrilib. Prezident İlham Əliyevin liderliyi altında hökumət vəziyyətə tam nəzarət edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da əks olunduğu kimi, Azərbaycan COVİD-19 ilə mübarizədə qabaqcıl ölkələr sırasındadır. Qeyd edək ki COVİD 19 - la  mübarizə çərçivəsində daha bir modul tipli xəstəxana fəaliyyətə başlayıb. 
 
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanış olub. 
Prezident korpusun açılış zamanı mühüm məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, bizim gündəliyimizdə koronavirusla mübarizə birinci plandadır. Burada bütün dövlət tədbirləri ilə bərabər, əsas vəzifə həkimlərin üzərinə düşür. 
Prezident eyni zamanda qeyd edib ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır.

Prezidentin fikirlərini yüksək dəyərləndirən “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri  Gülay  Quliyevanın «Sherg.az» a açıqlamasına görə, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva tərəfindən koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda  yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür



"Bu tədbirlərdən biri də yeni tipli modul xəstəxanalarının açılması, onların müasir tibbi avadanlıqlarla, dərmanlarla təchizatıdır. Ölkəmizdə artıq sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək.

Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu gün modul tipli belə bir xəstəxananın Gəncədə açılması, tək Gəncədə deyil, Gəncə ətrafı rayonlarda yaşayan, yoluxan insanların xəstəxanalara təcili təxliyə olunması, onların yüksək səviyyədə müalicə edilməsi üçün çox vacibdir.

Bütün bu görülən işlər bir daha onu göstərir ki, koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi dövlət başçısının ciddi nəzarəti altındadır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu