Deputatdan ÇAĞIRIŞ: “Gəlin, sosial məsuliyyəti bərabər bölüşək və...”

“Cəmiyyət olaraq hamımız bu müharibədən qalib çıxaq.  Çünki biz  birlikdə güclüyük!”

“Qaydalar çox sadədir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur”



Azərbaycanda daha 547 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib. 
Koronavirusa qarşı mübarizədə dövlətin həyata keçirdiyi  tədbirlərə  rəğmən virusa yoluxma hallarının bu həddə çatması ictimaiyyətdə ciddi narahatlıq doğurur. 
Bu mənada Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi ciddi  karantin rejiminə adekvat ictimai dəstəyin təmin edilməsi təklif edilir. Ekspertlər hesab edir ki,  mart ayından etibarən tətbiq olunan xüsusi karantin rejiminin ilk günündən başlayaraq vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.

Ölkə vətəndaşlarını koronovirus pandemiyasına qarşı birgə mübarizəyə çağıran millət vəkili Hikmət Babaoğlu “Sherg.az”a açıqlamasında deyib ki,  gəlin, sosial  məsuliyyəti bərabər bölüşək və cəmiyyət olaraq hamımız bu müharibədən qalib çıxaq.  Çünki biz  birlikdə güclüyük!
Millət vəkilinin sözlərinə görə, koronuvirusla "müharibə" nin  sonunda  kimin qalib, kimin məğlub olacağı  həmin fərdin sosial məsuliyyətindən, sosial özünütəcridindən və karantin rejiminin tələblərinə  necə uymasından  asılı olacaq:

"Unutmayın ki, tanımadığınız bir  insanla təsadüfi qarşılaşma sizə səhhətiniz , sağlamlığınız və hətta həyatınız bahasına başa gələ bilər. 
Biz  bir şeyin fərqində olmalıyıq ki,  bir sosial fərdin taleyi digərinə bağlıdır. 
Sosial fərd adlandırdığımız insanların içərisində isə bizim doğmalarımız, sevdiklərimiz, övladlarımız , qardaş – bacılarımız , valideyinlərimiz ,  dsotlarımız da var".



Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin  Gəncə şəhərinə səfər çərçivəsində yeni modul tipli xəstəxananın açılışındakı nitqinə diqqət çəkən millət vəkili ölkə rəhbərinin   koronovirus təhlükəsi ilə bağlı  olduqca mühüm məsələlərə toxunduğunu qeyd edib: 

"Əlbəttə,  modul tipli xəstəxanaların tikilməsi Azərbaycan dövlətinin koronovirusa qarşı necə tədbirli olmasını özündə ehtiva edir. Ancaq nə qədər yaxşı xəstəxana, nə qədər çox çarpayı sayı olursa olsun xidmət göstərəcək ixtisaslı kadrlar , insan resursları, həkimlər olmasa bunlar sadəcə sitatistika olaraq qalacaq. İnsan resursları, ixtisaslı kadrlar bir günə bir ilə yetişmədiyi üçün burada müəyyən problemlər yarana bilər. Gərək hər bir vətəndaş obyektiv reallığı nəzərə alaraq  öz sağlamlığının qeydinə özü qalsın. Heç olmasa virus daşıyıcısı olub başqalarını yoluxdurmasın. 

 Hazırki vəziyyətə diqqə çəkən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi  son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər.

Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz". 

H.Babaoğlunun sözlərinə görə, Prezidentin bu fikirləri əslində cəmiyyətimiz tərəfindən həyəcan siqnalı kimi qəbul edilməlidir. Eyni zamanda Operativ Qərargah daha sərt qaydalar tətbiq etməlidir:

"Bunların sırasında cərimələrin artırılması da nəzərsən keçirilə bilər. Görünür, bəzi adamlar üçün  karantin rejiminin tələblərini pozanlara tətbiq edilən hazırki cərimələri ödəmək elə də  maddi çətinlik yaratmır.  Düşünürəm ki , cərimələrin artırılması sosial məsuliyyəti az olan insanları intizama dəvət etmək üçün  yaxşı bir effektiv vasitə ola bilər" .

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu