“Vahid Azərbaycan yolu uzun olsa da, realdır”- Politoloq

Güney Azərbaycanın taleyi bu günlərdə yenə müzakirəyə çıxarılıb. Sosial şəbəkə istifadəçiləri Cənubi Azərbaycanın ya müstəqil olmasını , ya referendum yolu ilə Şimali Azərbaycana birləşməsini  təklif ediblər. Güneydə milli hərəkatın genişlənməsi, müstəqillik tərəfdarlarının çoxalması və molla rejiminin sosial dayaqlarının getdikcə aşınması məsələni yenidən gündəmə gətirib.


 Politoloq Sədrəddin Soltan isə “Sherg.az”a açıqlamasında vurğulayıb ki, bunun məhz indi müzakirəyə çıxarılması təsadüfi deyil:

“Bildiyiniz kimi, bu günlərdə Azərbayvanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günü idi. Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi məsələsinin yenidən  gündəmə gəlməsi də məhz bu tarixlə əlaqədardır. Çünki Elçibəy daim bu ideologiya ilə yaşayırdı. O, həmişə vahid Azərbaycan ideyası ilə xatırlanır”. 

 S. Soltanın fikrincə, vahid Azərbaycanın yaranması qeyri-mümkün deyil:

“Bu, insanların arzusu, məqsədidir. Heç kim etiraz edə bilməz. Vahid Azərbaycan yolu uzun olsa da, realdır. Ümumiyyətlə, insanın ağlına gələn hər şey realdır. Səslənən təklifin nə vaxtsa olub-olmaması isə xeyli dərəcədə zamanın əlindədir. Bunu görmək üçün yaşamaq lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu