“Xəstəxanalar tikilməsəydi, problemlərlə üz-üzə qala bilərdik” 

“Yəni dövlət lazımi addımları atır. Lakin qaydalara əməl etməməklə dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salır”

“Prezident İlham Əliyev  də öz nitqində  məhz o insanları öz məsuliyyətini  dərk etməyə çağırıb"  


İyunun 24-də Gəncə şəhərində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan  5-ci modul tipli xəstəxananın açılışı olub.
Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının az olduğu aprel ayında qəbul edilməsi onun nə qədər düzgün olduğunu aydın şəkildə göstərir.

Belə ki, son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər deyə yoluxma sayı kəskin artır.  Bu artım da özlüyündə  çarpayı və tibbi avadanlıqların sayının artırılması zərurətini yaradır.

Modul tipli xəstəxanaların qurulmasının koronavirusla mübarizə sahəsində effektli qabaqlayıcı tədbirlərin bariz nümunəsi olduğunu vurğulayan millət vəkili Tamam  Cəfərova  “Sherg.az”a açıqlamasında   koronavirusa yoluxanların  sayının ictimaiyyətdə ciddi  narahatlıq doğurduğunu  deyib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik:

"Yaxın həftələrdə sayının 10-a çatdırılması nəzərdə tutulan  bu tip xəstəxanalar koronavirus infeksiyasına yoluxan şəxslərin müalicəsində  əhəmiyyətli rol oynayacaq. Koronavirus infeksiyası ilə mübarizədə bütün dünya ölkələrinin gücsüz durumda olduğunu vurğulayan millət vəkili qeyd edib ki,  hətta səhiyyəsi  etalon hesab olunan ölkələrdə belə vəziyyət bizdəkindən daha ağırdır. Bunun əsas səbəblərindən biri də infeksiyaya yoluxan şəxslərin sayı ilə müqayisədə tibbi personalın  sayının az olmasıdır. Azərbaycanda vəziyyətin  digər ölkələrlə müqayisədə qənaətbəxş olması isə  koronavirusla mübarizənin  dövlət üçün prioritet olması ilə birbaşa əlaqəlidir.  Ölkə rəhbərliyi COVİD 19 -la  mübarizədə əlindən gələni edib və etməkdə davam edir. Ölkə başçısı İlham Əliyevin  də açılış nitqində  qeyd etdiyi kimi  koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır. Bunun üçün dövlət lazımı addımları atır. Lakin öz məsuliyyətini dərk etməyən  vətəndaşlar öz onlardan tələb olunan qaydalara əməl etməməklə dövlətin həyata keçirdiyi tədbirlərə kölgə salır. Prezident İlham Əliyev  də öz nitqində  məhz o insanları öz məsuliyyətini  dərk etməyə çağırıb".  

T.Cəfərovanın sözlərinə görə, koronavirusla mübarizədə tətbiq edilən cərimələr və inzibati tədbirlərlə paralel  ictimai qınaq mexanizmi  olmalıdı:
“İctimai nəzarət gücləndirilməsə  bəzi vətəndaşların  məsuliyyətsizliyi fonunda gündəlik yoluxanların sayı daha da artacaq. Bu isə ölkəmiz üçün heç də arzuolunan nəticə deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu