"Biz digər dövlətləri də enerji ilə təmin edirik"

"Yəni artıq istehlakçı yox, istehsalçıyıq. Bu, böyük uğur və danılmaz faktdır"



Bir neçə gün əvvəl Prezident İlham Əliyev  "Azərbaycan" İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak edib. Dövlət başçısı çıxışında ölkədə elektrik enerjisinin mövcud vəziyyətindən danışıb. O, bildirib ki, son 16 il ərzində Azərbaycanda 30 elektrik stansiyası tikilib. Dövlət rəhbəri "Cənub", "Səngəçal", "Sumqayıt", "Şimal-2", "Şimal-1" kimi son illərdə tikilən stansiyaların olduğunu da vurğulayıb.

Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı- ekspert Pərviz Heydərov qeyd edib ki, hər bir ölkənin enerji təhlükəsizliyi iqtisadi inkişafı təmin edən əsas məqamdır:


"Biz illərdir ki, neftdən gələn gəliri enerji təhlükəsizliyinə yönəldirik. Bu, yaxşıdır. 2018- ci ildə baş verən qəza nəticəsində bir az obrazlı dillə desək, sanki ildırım çaxdı. Və biz yeni addımlar atmağa başladıq. Ancaq ötən iki il ərzində enerjinin verilməsində bir an belə olsun, fasilə yaranmadı. Əvvəllər Azərbaycan qonşu ölkələrdən, o cümlədən İrandan, Türkiyədən elektrik enerjisisi alırdı. İndi isə biz digər dövlətləri də enerji ilə təmin edirik. Yəni artıq istehlakçı yox, istehsalçıyıq. Bu, böyük uğur və danılmaz faktdır".

 P. Heydərov, həmçinin alternativ enerji haqqında da danışıb:

"Dediyim kimi, enerji ehtiyatı iqtisadiyyatın inkişafını şərtləndirən vacib faktorlardan biridir. Odur ki, enerji təhlükəsizliyinin bir neçə mənbə üzrə təmin olunması daha məqsədəuyğundur. Mingəçevir İES respublikada enerji ehtiyatının 40 faizini təşkil edir. Bu göstərici tədricən aşağı salınmalı, alternativ enerjidən də istifadə edilməlidir. Dünyada belə təcrübə çoxdan var".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu