200 metr hündürlüyündəki qayadan aşan futbolçu sağ qalıb


Braziliyanın “Kruzeyro” klubunun futbolçusu Enrike qəzaya uğrayıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi avtomobili ilə 200 metr hündürlüyündəki qayadan aşıb.

Futbolçunun xilas edilməsi üçün 4 yanğınsöndürmə maşınından istifadə olunub. Enrike sağ qalsa da, hadisədən sonra şok vəziyyətində olduğundan baş verənlərə aydınlıq gətirə bilməyib. Menecerinin sözlərinə görə, yüngül xəsarətlər alan yarımmüdafiəçi həkimlərin nəzarəti altındadır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu