"Azərbaycan öz üzərinə götürdüyü beynəlxalq missiyaları layiqincə icra edir"

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfras vasitəsilə xüsusi sesiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Qutereşə ünvalanan müraciəti 130-a qədər ölkə dəstəkləyib. 

Millət vəkili Azər Badamov Sherg.az-a deyib ki,  xüsusi sessiya ilə bağlı təklifin dəstəklənməsi  Azərbaycanın beynəlxalq arenada artan nüfuzundan xəbər verir. 

 2011-ci ildə 150 ölkənin dəstəyi ilə Azərbaycanın  BMT-nin Təhlükəsizlik Şurasına qeyri daimi üzvü seçildiyini xatırladan millət vəkili deyib ki,  indi də 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına sədrilik edir və beynəlxalq məslələrlə bağlı BMT-yə müraciət edib:

"Azərbaycan öz üzərinə götürdüyü beynəlxalq missiyaları layiqincə icra edir və bu da ölkəmizin etibarlı tərəfdaş simasını möhkəmləndirir.  Koronavirus qlobal pandemiyası ilə əlaqədar ehtiyacı olan 29 ölkəyə yardımların göndərilməsi, ÜST-ə 10 milyon dolların ianə olunması və belə qlobal xarakterli addımların atılması ölkəmizin beynəlxalq imicini möhkəmləndirir. Cənab İlham Əliyevin hər ölkə rəhbərləri ilə öz  dilində ünsüyyət yaratmaq və dünya ölkələrini bir amal ətarfında birləşdirə bilmə bacarığı Prezidentimizə əsil dünya lideri imicini formalaşdırıb.  Həm də prezident İlham Əliyev dünya və regional tarixini dərindən bildiyindən müəyyən məsələlərdə  qarşı tərəfi tarixi faktlarla susdura bilmək bacarığı və hər zaman  münasibətlərin beynəlxalq hüquq və ədalət üzərində qurulmasının vacibliyini bəyan etməsi ölkəmizi dünya ölkələrin boy sırasında daha əzəmətli edir. Xüsusilə qlobal pandemiya ilə əlaqədar ölkələr arası əlaqələrin minimuma endiyi bir zamanda Azərbaycanın videokonfrans formatlı görüşlərlə dünya ölkələrin rəhbərlərinin bir araya gətirməsi və bir məqsəd ətrafında birləşdirə bilməsi ölkəmizin çətin anlarda dünyanın  lokomativinə çevrilməsi deməkdir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu