Millinin sabiq baş məşqçisi koronavirusdan öldü


Serbiya millisinin sabiq baş məşqçisi İlya Petkoviç dünyasını dəyişib.

Qol.az xarici KİV-lrə istinadən xəbər verir ki, o, 75 yaşında koronavirus xəstəliyindən vəfat edib. Daha öncə Petkoviç mədə-bağırsaq probleminə görə xəstəxanaya yerləşdirilib. Covid-19 testi müsbət çıxdıqdan sonra isə onun xəstəliyi daha da irəliləyib.

Qeyd edək ki, Petkoviç 2000/01 və 2003/06-cı illərdə Serbiya və Çernoqoriya millisinin baş məşqçisi olub. O, vəfatına qədər Belqrad Futbol Federasiyasının prezidenti vəzifəsində çalışıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu