"Azərbaycan dünyanı xilas etməyə çalışır" - Politoloq


 Məlum olduğu kimi Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Artıq 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.

Təşəbbüs barədə "Sherg.az"a fikrini bildirən politoloq İlqar Vəlizadənin fikrincə, bu, müsbət nəticəyə səbəb olacaq:

"Əlbəttə, dövlət başçının addımı çox aktual təşəbbüsdür. Düzdür, pandemiya ilə mübarizə məqsədilə müxtəlif ölkələr fərqli addımlar atırlar. Amma bu, qlobal məsələdir. Odur ki, vahid yanaşma olmalıdır. İndi, məsələn vaksinlə bağlı ən müxtəlif fikirlər eşidirik. Məncə, belə taleyüklü məsələlər BMT- də müzakirə edilməli və ortaq məxrəcə gəlinməlidir. Bu istiqamətdə dövlət başçısının təşəbbüsü çox təqdirəlayiqdir".

İ. Vəlizadə, həmçinin Ermənistanın mövqeyi barədə da danışdı:

"Ermənistan Azərbaycanın mövqeyini dəstəkləməyib. Bu, onun "xəstə təxəyyülü"nün məhsuludur. Əlbəttə, 130 ölkə arasında münasibətləri ziddiyətli olanlar var. Lakin onlar düşmənliyi kənara qoyub, bəşəri təhlükəyə qarşı birgə mübarizə aparmağın zəruriliyini başa düşürlər. Ermənistan isə inadından, mövqeyindən əl çəkmir. Ona görə də vəziyyəti getdikcə pisləşəcək. Pandemiya hər dövlətin iç üzünü ortaya çıxardı. Azərbaycan dünyanı xilas etməyə çalışır, Ermənistan isə problemi böyüdür".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu