İlk dəfə ayrılıq səbəbini açıqladı


4 ildir birlikdə olan aktyor Burak Hakkı ilə yunan sevgilisi Hara Pappa ayrılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hər kəs cütlüyün evlənəcəyini gözlədiyi halda onların belə bir addım atması pərəstişkarlarını təəccübləndirib.

Karantin günlərində bir-brindən ayrı qalan cütlük ayrılmaq qərarı verib. Xəbərlərin doğru olduğunu deyən Hakkı xəyanətlə bağlı suallara əsəbiləşib. Hakkı "Aldatmadım. Ayrılmağa birlikdə qərar verdik. Pandemiya ərəfəsində aramıza məsafələr girdi. Evlənmək istəyirdik. Amma oturub danışdıq, alınmadığını gördük" deyə, söyləyib.

Aktyor bildirib ki, sevgilisi toydan sonra onun Yunanıstana köçməsini istəyib:

"Mənim ora, onun Türkiyəyə gəlməsi mümkünsüzdür".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu