Ulduz futbolçu karyerasını başa vurdu


Almaniyalı ulduz futbolçu Mario Qomeş 34 yaşında karyerasını başa vurub.

Axar.az xəbər verir ki, Qomeş "Ştutqart"ın heyətində "Darmstadt 98"-ə qarşı son oyununu keçirib və aktiv futbol həyatını bitirib.

Alman ulduz oyunun 42-ci dəqiqəsində fərqlənsə də, komandası 3-1 məğlub olub.

Qeyd edək ki, M.Qomeş 2015-2016-cı il mövsümündə "Beşiktaş"ın heyətində 33 oyunda 26 qol vuraraq komandanın çempion olmasında böyük pay sahibi olmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu