“Vətəndaşların sağlamlığı və sosial müdafiəsi prioritet məsələdir”

“Cəmiyyətin üzərinə düşən məsuliyyət fərdi gigiyena qaydalarına əməl etmək, qoruyucu maskalardan istifadə etməkdir”

“Hər kəsin bu tələblərə əməl etməsi vətəndaşlıq borcudur” 



“Hər kəsə məlumdur ki, koronavirusun yaratdığı mürəkkəb və çətin reallıqlar Azərbaycanda da dövlət və cəmiyyət üçün yeni sınaq mərhələsi yaradıb. Həm dövlət, həm cəmiyyət bu sınaqdan çıxmaq üçün öz səylərini ortaya qoyub”. 
Bu fikirləri “Sherg.az”a açılamasında millət vəkili Ramin Məmmədov deyib.
Deputatın sözlərinə görə, dövlətin pandemiya ilə bağlı atdığı addımlara nəzər salsaq, görərik ki, Azərbaycan ilk gündən məsuliyyətli yanaşma ortaya qoyub:

“Azərbaycan dünyada 15-ci ölkə idi ki, pandemiya dövründə orta təhsil müəssisələrinin bağlanmasına qərar verdi. Bu qərar dövlətimizin gənc nəslin sağlam qalması üçün gördüyü tədbirlərdən biridir. Dövlət müəssisələri karantin rejiminin tətbiqi ilə bağlı müəyyən say məhdudiyyəti ilə işçilərin müəyyən hissəsinin işə çıxmasına icazə verir. Paralel olaraq dövlətimiz müəyyən iş yerlərinin bağlanılması ilə deyil, onların müavinətlərinin də tətbiqi ilə məşğuldur. Cənab Prezident İlham Əliyev bir neçə dəfə müxtəlif səfərlər və tədbirlər çərçivəsində əyani şəkildə bir fikir səsləndirib. Bu fikir ondan ibarətdir ki, Azərbaycan dövlətinin birinci nömrəli prioritet məsələsi onun vətəndaşlarının sosial sağlamlığının qorunması və sosial müdafiəsidir”. 

Millət vəkili bildirib ki, qısa müddətdə yeni modul tipli xəstəxanaların tikilməsi pandemiya ilə mübarizədə ən effektiv mərhələlərdən biri oldu: 

“Cənab Prezident bu xəstəxanaların açlışında şəxsən özü iştirak edir. Labaratoriyaların sayının artırılmasında Azərbaycan öndə gedən dövlətlər arasındadır. Paralel olaraq iqtisadi itkilərin qarşısını almaq istiqamətində atılan addımlara nəzər salsaq görəcəyik ki, dövlətin üzərinə götürdüyü yük kifayət qədər böyükdür. Cəmiyyətin üzərinə düşən məsuliyyət fərdi gigiyena qaydalarına əməl etmək, qoruyucu maskalardan istifadə etmək, karantin rejiminin tələblərinə uyğun həyat sürməkdir. Təbii ki, bütün bunlar normal həyatımızda müəyyən sıxıntılar yarada bilər. Amma hər kəsə məlumdur ki, koronavirus qlobal bir problemdir. Qlobal mübarizə gedir və şərait bunu tələb edir. Dövlət sağlamlığımız prizmasında müəyyən tələblər ortaya qoyur. Hər kəsin bu tələblərə əməl etməsi vətəndaşlıq borcudur”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu