Pandemiyaya qarşı effektiv mübarizə: “İmmunitetimizi gücləndirməliyik!”

“İmmunitetimiz güclü olarsa, o bədənə daxil olan virusları çevik şəkildə məhv edər”


Koronavirusa qarşı  mübarizə çərçivəsində  dövlətimiz tərəfindən epidemiyanın qarşısının alınması ilə bağlı  bir sıra mühüm tədbirlər görülüb və  bu sahədə işlər hələ də  davam etdirilir. Lakin  bəzi vətəndaşlarımızın karantin rejiminin yumşaldılması zamanı laqeydlik və məsuliyyətsizlik nümayiş etdirərək qaydaları pozması nəticəsində yoluxma sayının artması ölkədəmxoşagəlməz   hal yaradıb.
 
Məhz vətəndaşların qaydalara riayət etməməsi  nəticəsində  vəziyyət yenidən pisləşməyə  başladı. 
COVİD-19-a yoluxma hallarının sayının artması isə ölkədə yenidən  məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi zərurəti yaratdı. 
 İndi vətəndaş olaraq cəmiyyət qarşısındakı məsuliyyətimizi dərk edib qaydalara və tövsiyələrə riayət etməklə üzləşdiyimiz bu bəladan xilas olmalıyıq.

Koronavirus pandemiyasına qarşı mübarizə və infeksiyadan qorunma yolları ilə bağlı “Sherg.az”a açıqlama verən tibb eksperti  Azad Qəhrəmanovun sözlərinə görə,  pandemiyaya qarşı mübarizəyə gedən yol insanların immunitetindən keçir:

“İmmuniteti güclü olan adamların koronavirusa yoluxma ehtimalı çox aşağıdır.  Bu  xəstəlik bizim immun sistemimizlə COVİD-19 adlanan virusun mübarizəsində formalaşdığı üçün immunitet güclü olanda ya  xəstələnmirik,  ya da  xəstəliyi əlamətsiz  keçiririk. Həkim deyib ki, koronovirus xəstəliyinin inkişafına təkan verən amil immunitetin zəifləməsi və  orqanizmə düşən virusların sayının çox olmasıdır. İmmunitet çox zəifdirsə, az miqdarda virus belə xəstəlik yaratmaq üçün yetərlidir.  Koronavirusdan  bizi qoruyacaq  ən güclü dərman bizim immun hüceyrələrimizdir.  Özümüzü və yaxınlarımızı  koronavirusdan qorumaq üçün immunitetimizi gücləndirməliyik. İmmunitetimiz güclü olarsa, o bədənə daxil olan virusları çevik şəkildə məhv edər. İmmuniteti gücləndirmək üçün də ən azı 7-8 saat yatmaq,  bol vitamin, mineral qəbul edib,  meyvə - tərəvəz, bal, zəncəfil, limon yemək lazımdır. Bal, zəncəfil, limon da öz yerində. 
 Bol su içmək, təmiz hava alıb fiziki aktiv olmağı da unutmamalıyıq. 
Günəş, hava, su vannası da qəbul edə bilərsiniz. Bunların 3-ü ən yaxşı immungücləndirici prosedurlardır. 
İmmunitetimizi gücləndirməklə yanaşı, maska taxmalı, əllərimizi tez-tez  yuyub spirtləməliyik.  Biz maska taxmışıqsa yaxınlığımızda xəstə adam olsa belə yoluxma ehtimalını 70 faiz azaldırıq. Xəstə adam da maska taxmış olarsa yoluxma ehtimalı 1 faizə qədər düşür. 
İnsanların nəfəsi ilə nəfəs alacağınız qədər onlara yaxın durmayın. Məsafə saxlayın ki orqanizminizə virus düşməsin və immunitetinizi yükləməyisiniz".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu