“İctimai qınağın təsir metodlarından istifadə etməliyik”

“Tətbiq olunan cərimələrin artırılması yoluxmanın qarşısını almaqda əsas vasitə ola bilməyəcək. Çünki, inamsız vətəndaşlar müxtəlif vasitələrlə maska taxmağı siçan-pişik oyununa çevirəcək”.

“Sherg.az” xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib. 

Deputat bildirib ki, ilk növbədə “niyə insanlar maska taxmaq istəmir?” sualına cavab tapmaq lazımdır: 

“Məgər vətəndaşlar özlərinin, qohumlarının və yaxınlarının düşmənidir? Qrip tutan, asqıran və öskürən adam görən kimi qaçıb uzaqlaşırıq. Qrip, vərəm, malyariya tutan adamın yanına bir nəfəri Kalaşnikov lüləsinin qabağında belə sala bilmərik. Bəs indi bu millətə nə oldu? Səbəb inamsızlıqdır. Bütün dünya hökumətləri qışqırır ki, özünüzü qoruyun, ciddiyə alan yoxdur. Demək məsələ xalqımızda deyil, problem inamsızlıqdadır. Bəli, birmənalı olaraq, cərimələr maska taxanların sayını çoxaldacaq, amma faydası az olacaq. Birincisi, 30 qəpiklik maskalar iki saatlıq müddət üçündür. Amma, vətəndaşlar onu həftələrlə taxır. Vətəndaşlar arasında kiçik bir sorğu apardım və gördüm ki, bir çoxları görüntü üçün taxır, sonra çıxarıb cibinə qoyur və təzədən lazım olanda yenə taxır. Amma bizim üçün vacib olan vətəndaşların qorunmaq naminə könüllü maska taxmasıdır. Özümüzü aldatmayaq. Maska 30 qəpikdir, heç bir vətəndaş iki saatdan bir maska alıb dəyişməyəcək və ya gün ərzində maskaya 2-3 manat da pul verməyəcək. Bu, ancaq maskalar pulsuz paylanarsa, mümkündür”.

Deputatın fikrincə, ictimai qınağın təsir metodlarından istifadə etməliyik: 

“İsveçrədə bir sürücü qaydanı pozursa, arxasınca gələn sürücü şəklini çəkir və polisə göndərir. Yəni vətəndaşlar bütün sahələrdə bir-birinə nəzarət edirlər. Onlar bunu vətəndaş nəzarəti adlandırır, bizlər isə “satqınçılıq” deyirik. Nə etməliyik. Sadəcə, maska taxmayan adam görəndə ondan nümayişkəranə şəkildə uzaqlaşmalıyıq. Maska taxmayan sərnişin olanda marşrut yerindən tərpənməsin, maskasız görüşə gələnləri qəbul etməyək. Digər tərəfdən imkanı olanlar cibində təmiz maskalar gəzdirsin və olmayanlara təklif edib utandırsın. İctimai qınaq mütləqdir və müxtəlif innoavativ yollarını da hər kəs düşünüb tətbiq edə bilər. Çarələr tükənməzdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu