“Azərbaycan beynəlxalq qurumların ən etibarlı tərəfdaşlarındandır”

"Ölkə Prezidentinin məlum təşəbbüsünün geniş miqyasda dəstəklənməsini böyük hadisə və tarixi uğur adlandırıram. Bu, ağır pandemiya dövründə də uğurlarını davam etdirən ölkəmizin uğurlarına qatılan növbəti nailiyyəti, siyasi-diplomatik zəfəridir".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib. 
Deputatın sözlərinə görə,  ölkəmizin bu uğurun  hər birimizi sevindirir, qürurlandırır,  ölkəmizin nüfuzunu, beynəlxalq aləmdəki rolunu, yerini bir daha təsdiqləyir:

 "Bir daha ölkəmizə beynəlxalq aləmdə, beynəlxalq birlikdə olan böyük etimadı, etibarı bütün açıqlığı ilə ortaya qoyur. Bu, onu göstərir ki, müstəqil Azərbaycan dünya birliyinin, beynəlxalq qurumların ən etibarlı tərəfdaşlarından, ən etibarlı üzvlərindəndir. Onu da deyim ki, Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir.



O ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər fərqli gücə, fərqli imkanlara malik və fərqli coğrafiyada yerləşən ökələr var.

Bu məsələ ilə bağlı ayrı-ayrı dövlətlər tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda, Azərbaycan Prezidentinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Çünki həqiqətən də, indiki dönəmdə belə bir xüsusi sessiyaya çox böyük ehtiyac duyulur. Belə bir sessiyanın baş tutması olduqca vacibdir və lazımlıdır.

Bu sessiyanın keçirilməsi və orada önəmli, işlək mexanizmlərə malik qərarların verilməsi son aylar ümidsizləməkdə olan insanların, beynəlxalq ictimaiyyətin ümidlərinin yenidən dirçəlməsində və “gizli düşmən”in məhv edilməsində özünün mühüm rolunu oynaya bilər. İnanıram ki, belə də olacaq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu