“Bu Azərbaycanın beynəlxalq səylərə növbəti dəstəyidir"

“Bütün addımlar Azərbaycanın dünyadakı nüfuzunu və ona olan inamı  göstərir”

“Azərbaycan bütün bunlara həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində nail olub”



"Bu gün dünya ölkələri ciddi sınaqla üz-üzədir. Əksər dünya dövləti əsas güclərini pandemiya ilə mübarizəyə yönəldiblər". 
Bu sözləri “Sherg.az”a millət vəkili Ceyhun Məmmədov deyib.
 Azərbaycanın paralel olaraq iki istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiyini vurğulayan deputat qeyd edib ki,  ölkəmiz bir tərəfdən pandemiya ilə ciddi mübarizə apardı, digər tərəfdən aktiv və ardıcıl xarici siyasət həyata keçirdi: 

"Bir sözlə, pandemiya dövründə bir sıra ölkələr özlərinə qapansalar da, Azərbaycan aktiv xarici siyasət yeritdi. 30-a yaxın dövlətə humanitar yardım və dəstək göstərdi. Bütün bu addımlar dünya dövlətləri tərəfindən yüksək dəyərləndirildi. Ümumdünya Səhiyyə Təşkilatı bu səylərə görə dəfələrlə Azərbaycana təşəkkür etdi.  

 Eyni zamanda, Azərbaycan bir neçə videokonfran formatında beynəlxalq tədbirin təşəbbüskarı və təşkilatçısı oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə Aprel ayının 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bir neçə istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olundu. 

Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi, dünyada yaranmış vəziyyətlə bağlı geniş müzakirələr aparıldı. 

Sonrakı dövrdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanladı. Bu Azərbaycanın beynəlxalq səylərə növbəti dəstəyidir". 

C.Məmmədovun sözlərinə görə, bütün bu addımlar Azərbaycanın dünyada getdikcə nüfuzunun artdığını, dünyada ona böyük inam və etibarın olduğunu göstərir. Azərbaycan bütün bunlara həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində nail olub:

"Bütün bunlar eyni zamanda, Azərbaycanın dünya ölkələrini narahat edən məsələlərə biganə qalmadığını, beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. Bu öz növbəsində ölkəmizin nüfuzunun daha da artmasına öz müsbət təsirini göstərəcək".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu