“Azərbaycan dünyanı birgə mübarizəyə çağırır”

“Ölkəmizin bu addımı çox ciddi dəstək qazanacaq”

“Hər kəs Azərbaycanın məqsədlərini, xalqımızın bu istiqamətdə məhz humanist dəyərlərə üstünlük verməsini yüksək dəyərləndirəcək”


Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür.

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. 

Məlumdur ki, Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Artıq dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyib.

Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, keçirilən videokonfrans Azərbaycanın bütün öhdəliklərə məsuliyyətlə yanaşdığını sübut etdi. Deputat qeyd edib ki, cənab Prezidentin təşəbbüsünə 130 ölkə dəstək verib, çünki Azərbaycan hər kəsi  bir məqsədlə-humanist məqsədlə birləşdirməyə çağırıb:

“Hər kəs öz səylərini birləşdirərək pandemiyadan ən ağır vəziyyətdə olan ölkələrə kömək etmək, birgə çıxış yollarını axtarmaq məqsədindədir. Azərbaycanın bu çağırışına hər kəs ona görə dəstək verib ki, əslində BMT-nin əsas məqsədi məhz bundan ibarətdir. 

Qoşulmama Hərəkatı üzərinə düşən təşəbbüsə əməl edir. Burada Azərbaycan öz məsuliyyətini irəli sürür və dünyanı birgə mübarizəyə çağırır. Düşünürəm ki, ölkəmizin bu addımı çox ciddi dəstək qazanacaq. Hər kəs Azərbaycanın məqsədlərini, xalqımızın bu istiqamətdə məhz humanist dəyərlərə üstünlük verməsini yüksək dəyərləndirəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu