“Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə töhfəsini verdi” 

“Dünya koronavirusla üz-üzədir. Məsələ ondadır ki, pandemiya insanların səhhəti üçün problem yaratmaqla kifayətlənmir. Eyni zamanda qlobal siyasi-iqtisadi nizamı da köklü surətdə dəyişir”.
Bunu “Sherg.az”a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. 
Analitik bildirib ki, pandemiyanı “üçüncü dünya müharibəsi” adlandırırlar: 

“Belə vəziyyətdə əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının və inkişaf etmiş dövlətlərin heç birinin əməli fəaliyyətini görmürük. Hətta bununla bağlı təşəbbüslərin belə şahidi olmuruq. O baxımdan indiki məqamda Azərbaycan Prezidentinin Baş Assambleyasının xüsusi sessiya təşəbbüsünün dəstəklənməsi olduqca önəmlidir.



Artıq bəllidir ki, BMT-də təmsil olunan 160-dan çox ölkə dövlət başçısının təklifini məmnunluqla dəstəkləyib. Gözlənildiyi kimi sadəcə işğalçı Ermənistan buna qarşı çıxıb və humanist təklifə dəstək verməyib. Bu, Ermənistanın qlobal problemlərə və insan həyatına necə münasibət sərgilədiyinin əyani təzahürüdür”. 

Z.Məmmədovun sözlərinə görə, Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə və bəşəriyyətin qorunmasına öz mühüm töhfəsini verdi: 

“Ölkəmiz bir-biri ilə kəskin münasibətdə olan dövlətlərin ortaq dostluq platformasına çevrilib. Dünyada 10 milyona yaxın insanın koronavirusa yoluxduğunu nəzərə alsaq, ölkələr arasında həmrəy mexanizmlərin və müştərək proqramların hazırlanmasının nə qədər vacib olduğunu dərk edərik”.  

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu