Nazirliyə ÇAĞIRIŞ: “Daha Kür Bakıya axıb gəlmir” – Ana Kürün dərdi var ! - FOTO


“Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməklə Kürdəki problemin qarşısını almaq lazımdır”




Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı Kür çayının əldən getməsinə dair feysbuk hesabında foto paylaşıb. Fotodan aydın görünür ki, Kür çayının orta hissəsi susuzluqdan qurumağa başlayıb.Eyni zamanda çaya dəmir tullantıları da atılıb.Yazıçı ziyalıları və media işçilərini bu məsələ ilə dərindən maraqlanmağa səsləyib:

“Hörmətli ziyalılar, yazıçılar, jurnalistlər. Həyəcan təbili çalın, Kür əldən gedir. Bu, pandemiyadan kiçik fəlakət deyil”.

Kür çayındakı problemlər barədə mətbuatda zaman-zaman məlumatların yer aldığını deyən AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Sherg.az”a açıqlamasında bildirib ki, Kür çayında suyun azalmasından sonra Neftçalanın bir sıra kəndləri içməli sudan məhrum olub. M.Zülfüqarlı qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işlə məşğuldur:

“Nazirlik bəzi problemin həlli sahəsində işlər görür. Amma Kür və Araz çayı Azərbaycanın əsas içməli su mənbəyidir. Bu çay mənbəyini Türkiyədən götürür, Gürcüstan ərazisindən Azərbaycana gəlir, Araz çayı isə Ermənistan ərazisindən gəlib Xəzərə tökülür. Necə ki, Cənubi Azərbaycanda Urmiya gölünün problemi var, Kürün də problemi su anbarlarının yaradılması ilə bağlıdır. Problem Kürdən suyun yuxarı axarlardan istifadəsi ilə bağlı ola bilər. Amma Azərbaycanda Mingəçevir su anbarı bu suyu tənzimləyir. Aşağı axarlarda problem yaranıbsa, ola bilsin Mingəçevir su anbarına istənilən qədər su yığılmır. Bu da təbii bir problemdir. Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməklə Kürdəki problemin qarşısını almaq lazımdır”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu