İtaliyada COVID-19-dan sutkalıq ən az ölüm sayı qeydə alınıb

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 6 nəfər artıb və ümumilikdə 34 744-ə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur.
Bildirilir ki, hazırkı göstərici martın əvvəlindən bəri İtaliyada ən aşağı göstəricidir. Bundan bir gün əvvəl 22 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi. Ölkədə sutkalıq ən yüksək ölüm göstəricisi martın sonunda qeydə alınmışdı – 969 nəfər.
İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 126 nəfər olub. Hazırda 17 minədək italiyalı xəstəlikdən müalicə olunur. Epidemiyanın əvvəlindən bəri İtaliyada 189 196 nəfər müalicə olunaraq sağalıb. Hazırda 100-dək insan intensiv terapiya şöbəsindədir. Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 240 436 nəfərdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu