TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - FOTO

Goranboyda iritonnajlı yük avtomobili bir neçə minik avtomobilini yararsız hala salıb.
Hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mercedes” markalı TIR-ın şininin partlaması nəticəsində iritonnajlı avtomobil əvvəlcə yolayırıcı məhəccərə, daha sonra isə yolun kənarında olan iki “Mercedes” və bir “VAZ 21099” markalı avtomobilə çırpılaraq onları yararsız hala salıb.
Qəza zamanı TIR-ın sürücüsünün xəsarət aldığı bildirilir. 
Faktla bağlı araşdırma aparılır. 


Paylaş

Bizi Facebookda izləyin
menu
menu