Jurnalist müalicə sxemi paylaşdı

Bu müalicə sxemi TƏBİB-in qəbul etdiyi müalicə protokoludur. Yəni burda uydurma, yanlış bir şey yoxdur

Koronadan evdə müalicəyə lap əvvəldən başlanmalıydı. Amma bu müalicəni mütləq qaydada həkim təyin etməlidir



COVİD-1
9 koronavirusuna yoluxmuş, yaşı 18-dən yuxarı olan şəxslər üçün evdə müalicə sxemi sosial şəbəkələrdə yayılıb. Paylaşımlardan biri də tədqiqatçı jurnalist Elçin Alığoluna məxsusdur. E.Alıoğlu müalicə sxemini feysbuk hesabında paylaşıb:    
1. Ümumi ev karantini:
"Arbidol" - 200 mq x 3 dəfə, 10 gün
Vitamin C 1000 mq x 4 dəfə, 10 gün
Vitamin D 20mq/2000 iu, günaşırı, 2 ay
Sink 25 mq, gündə 1 dəfə, 10 gün

Temperatur 37,5 olarsa:

"Asitromisin" 500 mq x 1 gün, 250 mq gündə 1 dəfə, 4 gün
"Ceftriaxon" 1.0 x 2 dəfə və ya "Moxifloxacin" 400 mq x1 dəfə 1 həftə
"Parasetamol" 500 mq gündə maksimum 4 dəfə (hərarət olarsa)

Öskürək olarsa:

"Asetilsistein" 600 mq gündə 1 dəfə
İnhalyasiya: "Salbutamol" 5 mq 1 ampul + NaCl 0,9% 3 ml

Diseptik əlamətləri olarsa:

"Linex" - 2 kapsul gündə 3 dəfə və ya "Enterol" 2 kapsul gündə 3 dəfə

İshal yaranarsa: "Loperamide" 4 mq gündə 1 dəfə (maksimum 8 mq)
"Pantoprazol" 40 mq, gündə 4 dəfə

Jurnalist sonda xatırlatma edir: ambulator triaj zamanı görülməli tədbirlər arasında ağciyərlərin auskultasiyası, arterial təzyiqin ölçülməsi, hərarətin yoxlanması, nəbzin yoxlanması, tənəffüs sayının ölçülməsi və saturasiyanın yoxlanılması var. Bütün bunlar şərtdir, mütləqdir.

Belə bir müalicə sxemi və məsləhət görülməsi doğrudurmu? 

Həkim Vaqif Qarayev “Şərq”ə açıqlamasında hər ölkənin özünün müalicə protokolu olduğunu dedi: 

- Bu müalicə sxemi TƏBİB-in qəbul etdiyi müalicə protokoludur. Yəni, burda uydurma, yanlış bir şey yoxdur. Əksəriyyəti antivirus preparatlardı. Məsələ bundadır ki, COVİD-19-un xüsusi müalicəsi yoxdur, çünki bu hələ öyrənilməmiş virusdur. Amma. Bu müalicəni mütləq qaydada həkim təyin etməlidir. Həmişə demişəm və yenə təkrar edirəm ki, özünümüalicə yolverilməzdir! Məsələn, bu müalicə sxemində antibotik dərmanlar var ki, onları həkim təyinatı olmadan qəbul etmək təhlükəlidir. Antibiotik təyin etmək üçün bəzən qan analizləri tələb olunur. Bu müalicə sxemindəki dərman preparatları apteklərdə satılır. Bu o demək deyil ki, hamı aptekə gedib onları almalıdır. Ancaq həkim təyinatından sonra bu müalicə üsulundan istifadə edilməlidir. 
V.Qarayev bildirdi ki, evdə müalicə metoduna lap əvvəldən başlanmalıydı: 
- Xəstəxanalarda hazırkı vəziyyət yaranmasın deyə, evdə müalicə üsulu həyata keçirilməliydi, həm də lap əvvəldən. Yüngül simptomları olanları xəstəxanalara doldurmaq lazım deyildi. Gecdir, amma məsəl var, “heç vaxt”dansa, gec də yaxşıdır”. Evdə müalicənin də öz qaydaları var və onlara da mütləq əməl edilməlidir. Birincisi, özünütəcrid, ikincisi, poliklinika həkimlərinin, sahə həkimlərinin daimi nəzarəti. Evdə müalicə ilə bağlı hökumətin qərarı var, artıq. Lakin bu deyilən şərtlərə mütləq əməl edilməlidir. Yoluxma zəncirini qırmalıyıq, əks halda vəziyyət dəhşətli olacaq.                                                                   

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu