“Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır”

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizə olan böyük etimadın göstəricisidir” 



“120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşləri keçirildi. Bu kimi tədbirlər beynəlxalq səviyyədə Azərbaycana və Prezidentimiz İlham Əliyevə olan böyük inamın və etimadın göstəricisi kimi dəyərləndirildi”.
Bu sözləri “Sherg.az”a açıqlamasında“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, koronavirus pandemiyası bütün dünya dövlətlərinin iqtisadiyyatına, xüsusilə insanların sağlamlığına mənfi təsir göstərir:

“130-a qədər BMT-nin üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu və yeri göz qabağındadır.

Daim ədalət meyarını öndə saxlayan, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan qlobal məsələlərin həllində öz dəstəyini göstərməyi xarici siyasətinin prioritet istiqaməti kimi qəbul edib. Əsas məqsəd regionda və dünyada sabitliyin, təhükəsizliyin, yüksək rifahın təmin edilməsidir. Sülhün, əmin-amanlığın, insanların sağlamlığının qorunması fonunda qarşıya qoyulan hədəfləri gerçəkləşdirmək qaçılmazdır.

Nəzərə alsaq ki, bu gün koronavirus təkcə insanların sağlamlığına deyil, ölkələrin iqtisadiyyatına böyük təhdiddir, statistikaya müraciət etdikdə vurulan ziyanın həcminin nə qədər böyük olduğu aydın görünür. Məhz birliyin, həmrəyliyin formalaşdırılması, hər bir ölkənin malik olduğu təcrübəni paylaşması, maddi və mənəvi dəstəyin göstərilməsi əsasında qarşıdakı dövrə nikbin baxmaq, bu yönümdə fədakarlıq göstərmək olar”.



V.Rəhimzadə qeyd edib ki, təşəbbüsə qarşı çıxan yeganə dövlət Ermənistan olub:

“Hər bir məsələdə seyrçi mövqedə dayanmağa üstünlük verən işğalçı dövlətin koronavirusla mübarizəyə qoşulmaması dünya dövlətləri tərəfindən lazımi şəkildə dəyərdəndirilməyəcəksə, bu, artıq Ermənistanın başına sığal çəkilməsinin növbəti təzahürü kimi qəbul oluna bilər.

Bu baxımdan ki, işğalçı dövlət qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay edir. Bu günə qədər BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymayan və buna görə ona «gözün üstə qaşın var» deyilməməsi təcavüzkar dövlətdə böyük arxayınlıq yaradır”. 

ən əsası beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi mexanizminin müəyyənləşdirilməsinin zamanı çatdığına bir işarə olmalıdır.
“COVID-19”a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik.

Videomüraciətdə pandemiyaya qarşı mübarizəyə ciddi əməli töhfələr verən Prezident İlham Əliyevin fəaliyyəti təqdir edilərək Azərbaycandan ünvanlanan birlik, həmrəylik çağırışlarının ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisi kimi qeyd olunub”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu