Manata təzyiq varmı ? - AKTUAL ŞƏRH

Dünyanı ağuşuna alan “COVİD-19” pandemiyası insanları sözün əsl mənasında qorxuya salıb. Pandemiya yayılan müddətdən etibarən neftin qiyməti kəskin ucuzlaşdı. Lakin son günlər çox cuzi şəkildə bahalaşma müşahidə olunur. İqtisadiyyatın bir çox sahəsində işlər dayanıb. Bu kimi deqressiv iqtisadi faktorlar yeni devalvasiya ehtimalını yaradıb.  Demək olar ki, hər kəs çarəsiz şəkildə, sanki ,devalivasiyaya hazırlıq görür. Amma son zamanlar neftin qiymətinin 14 dollardan 42 dollar civarına yüksəlməsi və iqtisadiyyatın bəzi sahələrində başlayan canlanma, sanki, ümidlərin yenidən canlanmasına şərait yaradıb.


Vəziyyəti “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov  qeyd edib ki, hazırki şəraitdə Azərbaycan manatına ciddi təzyiq yoxdur:


“Bu ilk növbədə ötən ili iqtisadi cəhətdən müsbət saldo ilə başa vurmağımızla bağlıdır. Eyni zamanda bu ilin ilk iki ayı ərzində büdcə gəlirləri yaxşı olub. Lakin pandemiyanın təsirindən mart ayından başlayaraq neftin qiyməti 14 dollar həddinə qədər endib. Amma hazırda Azərbaycan nefti birjalarda 42-45 dollar aralığına qalxıb.

Bu kimi faktorları nəzərə aldıqda ölkədə növbəti devalivasiya təhlükəsi azalıb. İkinci bir tərəfdən pandemiyaya görə ümumi dünya iqtisadiyyatında durğunluq yaşanır. Yəni bu durum tək Azərbaycanda yaşanmır.

Bu faktorda özlüyündə manata olan təzyiqləri azaldır.  Eyni zamanda hazırda bütün dövlətlərin iqtisadiyyatı ya dayanıb, ya da dayanma həddindədir. Yəni neftə tələbat azdır. Zamanla dünya iqtisadiyyatının canlanması zamanı neftə tələbat artacaq. Bu da qiymətlərə müsbət təsir göstərəcək. Bütün bu amillər onu deməyə əsas verir ki, hazırda Azərbaycan manatına təsir edəcək təzyiqlər yoxdur”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu