Qızdırması olan hər kəs test edilir - TƏBİB


Bu gün biz xəstələrin PZR testini aparırıq və dünyada bu testlər kütləvi şəkildə aparılmır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB qızdırması olan hər bir şəxsi test edir: "Hazırda xaricdən gələn, xəstəliyi olan və onun ətrafındakı şəxsləri test edirik. Dünyada xəstəliyi olmayan şəxsin PZR testi olunması nəzərdə tutulmayıb. Yaxın günlərdə laborator imkanlarımız artırılacaq və testlərin sayı da artacaq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu