DÜNYA ŞOKDA: ABŞ bütün Avropaya çatacaq koronavirus dərmanını satın aldı! 


  ABŞ hazırda koronavirus (Covid-19) epidemiyasının mərkəzi sayıan və ən çox ölüm sayının yaşandığı ölkədir. Hazırda bu ölkədə yoluxma sayı 2 milyon 670 minə yaxınlaşır, ölü sayı isə 129 mini keçib. 



Sherg.az ingilis mediasına istinadən xəbər verir ki, ilk dalğa tam nəzarət altına alınmamış indi dünya ikinci dalğa şokuyla qarşı-qarşıyadır. Virusa qarşı peyvənd və müalicə işləri davam edir. Bu arada ABŞ-dan bütün dünyanı sarsıdan bir həmlə gəlib. ABŞ rəhbərliyi koronavirusun müalicəsində istifadə edilən və bütün Avropaya çatacaq qədər dərmanı satın alıb. Anbarlar tükənib, Avropa isə əndişədədir.

İngilis "Guardian" qəzetinin yaydığı məlumata görə, bir gündə 45 mini aşan yoluxma sayı olan ölkə, koronavirusa qarşı təsirli olduğu sübut edilmiş yalnız iki dərmandan birinin az qala bütün qlobal tədarükünü satın alıb.

Amerikanın  Gilead firması tərəfindən hazırlanan dərman, başlanğıcda bir Ebola müalicəsi üçün inkişaf etdirildi, ancaq müvəffəqiyyətli ola bilmədi.



Covid-19 dünyanı sarsıtdığı ərəfədə uğursuz olan Ebola dərmanı əksinə koronavirusun müalicəsində yararlı  ola biləcəyini göstərdi.

"Guardiana" görə, ABŞ hökumətinin 500 mindən çox dozanı satın almasıyla İngiltərə və Avropadakı xəstələrin payıza qədər dərmana çatma ehtimalı çox aşağıdır.



Liverpul Universitetindən Dr. Andrew Hill deyib ki, ABŞ-ın dərman firması ilə anlaşması vəziyyəti gərginləşdirib. Bu o deməkdir ki, Avropadakı Covid-19 xəstələrinin həyatda qalma şansları azalıb və onların müalicələri uzun sürəcək.

"Hələlik, önümüzdəki üç ay ərzində remdesivirin olmayacağını bilirik. Amerika bütün dərmanları alıb və biz o perapatları ala bilməyəcəyik. İngiltərə və Avropada vəziyyət belə görünür.'

ABŞ hökumətinə görə, dərmanın altı dozalıq bir müalicəsi üçün xərci təxminən  3 min 200 dollardır.

İngiltərə səhiyyə naziri Matt Hancock keçən ay, remdesiviri epidemiyanın nəzarətdən  çıxmasından bu yana Covid-19-un müalicəsində "ən böyük adım" sayırdı.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu