Mənzil bazarında SON DURUM... ! - “Qiymətlər kəskin...” 

“COVİD-19” pandemiyası dörd aydır, ölkə iqtisadiyyatının bütün sahələrinə birbaşa təsir göstərir. Hazırda müxtəlif sahibkarlıq təsərrüfatı fəliyyətini dayandırıb, bir çoxu da tənəzzül doğru irəliləyir. Maraqlıdır, pandemiya mənzil bazarına necə təsir göstərib? Bu dörd ayı daşınmaz əmlak bazır necə keçirib?


Suallarımızı cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Sherg.az”a bildirib ki, pandemiya ilə bağlı olaraq ölkənin bütün bazarlarında problemlər yaşandığı kimi mənzil bazarında da ciddi çətinliklər var:

“Daha çox ilkin mərhələdə karantin qaydalarının sərtləşdirildiyi dönəmdə  biləvasitə yad təsirlər səbəbindən mənzil bazarında alğı-satqı əməliyyatları məhdudlaşdı.

Bunun ardınca  ümumilikdə dünyanın bütün dövlətlərində olduğu kimi Azərbaycanın da makro iqtisadi sabitliyin pozulması daşınmaz əmlak bazarında iqtisadi geriliyə səbəb oldu. Hazırda bazarda qiymət sabitliyi yaşanır.

Qiymətlər gözlənilədiyimizdən fərqli olaraq kəskin enmədi. Çünki bu dönəmdə alğı-satqı prosesi həhdudlaşdırıldı. Lakin hazırda da qiymətlərdə müəyyən azalmalar yaşanır. Xüsusəndə daşınmaz əmlak bazarında tələbin aşağı düşməsi qiymətlərin enməsinə təsir göstərir. Hesab edirəm ki, bazarda alğı-satqı prosesi hələ bitməyib.

Yəqin ki, bu ilin sonu mənzil bazarında həm qiymət, həm də tələb-təklif dinamikasını ətraflı təhlil etmək mümkün olacaq. Çünki pandemiya ilə bağlı olaraq gələn həftə bazarda nələrin yaşanacağından xəbərsizik”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu