“Mütləq tibbi maskadan istifadə etməliyik”

Son günlərdə virusdan yoluxma hallarının sayı kəskin artıb. 
Dövlət tərəfindən COVİD 19- la mübarizədə  əhalinin sağlamlığını qorumaq üçün lazımı addımlar atılıb. Artıq vətəndaş olaraq hər birimiz bu mübarizəyə qoşulmalı və pandemiya ilə mübarizədə dövlətə dəstək olmalıyıq.
Bu yoluxmanın və yayılmanın qarşısını almaq hamımızın məsuliyyətidir. Ən vacib qabaqlayıcı tədbir isə  fiziki məsafənin qorunması və qoruyucu maskaların taxılmasıdır.
Lakin gündəlik həyatda müşahidə olunan mənzərə  bunun əksini göstərir. 
İnsanlar nə ictimai nəqliyyatda, nə də marketlərdə maska taxıb, məsafəni  gözləyir. 



Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyevin “Sherg.az”a açıqlamasına görə, hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir. Vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur

“Sosial şəbəkələrdə bir çox insanların pandemiya ilə əlaqədar  yalan ifadələr işlətməsi həqiqətən  bizi çox narahat edir.  Düşünürəm ki, vətəndaş cəmiyyətləri bu cür insanlara qarşı  mübarizə aparmalı və onların bu addımını ictimai qınaq hədəfinə çevirməlidir.

Xüsusən də gənclər təşkilatları,  Azərbaycanda fəaliyyətdə  olan ictimai-siyasi xadimlər, siyasi partiyalar  güclərini birləşdirib dünyanı qorxuya salan pandemiyaya və bu infeksiya ətrafında avantüra yaradan qruplara qarşı birlikdə mübarizə aparmalıdır.

Bu mübarizə istiqamətində koronavirusdan qorunmaq üçün tələb olunan karantin və gigiyena qaydalarına  riayət etməli, evdə qalmalı və bayıra çıxırıqsa, mütləq tibbi qoruyucu maskadan istifadə etməliyik.

Ancaq bu yolla bəşəriyyəti və sağlamlığımızı təhdid edən  bu bəladan canımızı qutara bilərik. Gəlin, evdə qalaq, sağlam olaq.   Biz birlikdə güclüyük!”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu