“Paşinyan beynəlxalq hüququ inkar etməyi ilə tanındı”

Azərbaycan Prezidentinin Ermənistan hakimiyyətini tənqid etməsi ilə əlaqədar Ermənistan mediası, Milli Şura-nın rəhbərləri və xaricdə yaşayan bəzi fəallar müəyyən iddiallarla çıxış edirlər. Onlar bildirirlər ki, Ermənistan hakimiyyəti haqqına Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər Azərbaycan hakimiyyətinin özünə aiddir. 


Amma pandemiya dövründə Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün atılan addımlar, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün atılan addımlar göz qabağındadır. Bu sahədə Ermənistanda olduqca acınacaqlı durum hökm sürür. Düşmən ölkə ilə Azərbaycanın pandemiya ilə mübarizədə aradakı fərqlər göz qabağındadır.



Mövcud durumu “Sherg.az”a dəyərləndirən millət vəkili Nəsib Məhəməliyev bildirib ki, cənab Prezident İlham Əliyev “N” saylı hərbi hissənin açılışında, Ermənistanın siyasi hakimiyyətində təmsil olunan insanlarla bağlı bəzi faktları sadaladı. Deputatın qənaətincə, təkzib olunmaz faktdır ki, cənab Prezidentin informasiya almaq imkanları kifayət qədərdir:

“Nikol Paşinyanın küçədən hakimiyyətə gələndən sonrakı fəaliyyəti, ikiüzlüyü, riyakarlığı, tutduğu vəzifəyə adekvat olmayan sistemsizliyi, tarixi faktları aşkarcasına təhrif etməyi, beynəlxalq hüquq prinsiplərini utanmadan inkar etməyi ilə tanındı. Dünya ictimaiyyəti, eyni zamanda erməni xalqı belə onun nə qədər cılız siyasətçi olduğunu gördülər. Ancaq Milli Şuranın timsalında bəzi radikal meylli insanların, Paşinyan kimi faşizmi təbliğ edən yaramazı müdafiə edərək, Azərbaycan rəhbərliyini müdafiə etməsi isə, heç bir normal məntiqə sığmır”.

Parlament üzvü vurğulayıb ki, nəinki pandemiya ilə mübarizədə, ümumiyyətlə heç bir meyara görə Ermənistan Azərbaycanla müqayisə edilə bilməz:

“Azərbaycan 30-a yaxın ölkəyə yardım edib. Ermənilər beynəlxalq təşkilatlardan yardım diləyirlər. Koronovirusa yoluxanların və ölənlərin sayına baxsaq, fərqi dərhal görə bilərik. Millət olaraq bir şeyi ciddi dərk etməliyik. Qarşımızda olduqca hiyləgər, təhlükəli və böyük güclər tərəfindən dəstəklənən tarixi düşmən var. Düşmən bütün mümkün vasitələrdən, o cümlədən informasiya müharibəsindən istifadə edir. Onunla müharibə aparmaq, dəyirmanına su tökməmək şərəf məsələsidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu