Koronaviruslu xəstələrdən 45-i süni tənəffüs cihazına qoşulub



Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6682 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 488 min 852-yə çatıb.

Bu barədə Sherg.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7831-ə bərabərdir. Xəstələrdən 202 nəfəri reanimasiyadadır ki, onlardan da 45-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 1-dən Azərbaycanda koronavirus infeksiyasına daha 588 yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 min 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 61 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu