Tramp koronavirusa qarşı peyvəndin tezliklə hazır olacağına SÖZ VERDİ...


Moderator.az  RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, Fox Business- telekanalının efirində koronavirus peyvəndinin hazır olacağına söz verib.

Amerika lideri infeksiyanın bir anda yox olacağına və yaxın zamanda  peyvəndin hazır olacağına inandığını bildirib.

26 İyun, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, İngiltərə-İsveç şirkəti AstraZenecanın və Amerikanın Moderna şirkətinin tədqiqatları, COVID-19'dan olan 15 peyvənd arasında lider namizədlərdən biridir. Bu dərmanlar tezliklə klinik sınaqların ikinci və üçüncü mərhələlərinə keçə biləcəklər.

İyulun 1-nə olan məlumata görə, dünyada 10,5 milyondan çox koronavirusa yoluxanlar var, onlardan 512,6 min nəfər ölüb, 5,3 milyonu sağalıb. Ən çox yoluxanlar ABŞ, Braziliya, Rusiya, Hindistan və İngiltərədədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu