Monqolustanda vəba təhlükəsi: Bölgəyə giriş-çıxış bağlandı


Monqolustanda ötən gün ərzində iki nəfərdə vəba xəstəliyi aşkar edilib.

“Montsame” agentliyi xəbər verir ki, xəstəliyə ölkənin qərb hissəsində rast gəlinib.Həmin bölgədə karantin elan edilib və əraziyə giriş-çıxış müvəqqəti bağlanıb.

Yerli epidemioloji xidmət vəba xəstəliyinin mümkün əlavə hallarını müəyyənləşdirmək və yayılma riskini aradan qaldırmaq üçün yoxlamalara başlayıb.

Qeyd edək ki, üç milyon əhalisi olan Monqolustanda koronavirusa yoluxan 220 nəfərin 177-si sağalıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu