"Twitter” növbəti dəfə Trampın paylaşdığı fotonu sildi


“Twitter” sosial şəbəkəsi müəllif hüquqlarının pozulmasını əsas gətirərək, Donald Trampın iyunun 30-da öz hesabında paylaşdığı şəkillərdən birini silib.

“Axios” agentliyi yazır ki, söhbət “New York Times” nəşrində Birləşmiş Ştatlar prezidenti barədə geniş yazı dərc edən jurnalistin fotosundan gedir.

Qəzet öz əməkdaşının fotosunu icazəsiz paylaşan Donald Trampın tvitindən şikayət edib və şirkət prezidentin paylaşımını silib.

Bu, son həftə ərzində D.Trampın “Twitter” tərəfindən silinən ikinci paylaşımıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu