"Siqaretin bahalaşması nə vergi, nə də idxalla bağlıdır" - Monopolist diktəsi !

Azərbaycanda siqaret və tütün məmulatlarının qiymətinin 15 faizə yaxın artacağı gözlənilir. Hətta bir sıra siqaretlərin qiymətinin 10 qəpik bahalaşdığı söylənilir. Deyilənə görə, bir həftəyə yaxındır, şirkətlər tərəfindən mağazalara siqaretin göndərişi dayandırılıb. Mağaza sahiblərinə ölkədə tütün və tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkətlər tərəfindən siqaretin qiymətinin 20-40 qəpik arası bahalaşacağı xəbərdarlığı edilib. “LD”, “Sobranie”, “Kent” və digər markalı siqaretlərin qiymətində isə 40 qəpiyə qədər artımın gözlənildiyi deyilir. 
 
 

Qiymət artımını “Sherg.az”a təhlil edən iqtisadçı-ekspert Qadir İbrahimlinin fikrincə, bu, əsassızdır: 
“Mən siqaretlərin qiymətinin qalxmasında real, iqtisadi bir səbəb görmürəm. Bu, nə vergi, nə də idxalla bağlı ola bilər. İstehlakın azaldığını, mövcud sosial vəziyyəti nəzərə alsaq, əslində məntiqli olan qiymətin ucuzlaşması idi. Artım isə sperkulyasiya və monopolistin istəyi, diktəsi ilə əlaqədardır”. 
 
İqtisadçı siqaret istifadəçilərinə bəd xəbər verdi:

“Qiymətlərin ucuzlaşacağını gözləməyin. Azərbaycan praktikasında ucuzlaşma olmur. Qiymətlərin ikinci dəfə bahalaşması daha realdır, nəinki ucuzlaşma”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu