“Putin başlatdığı işi yarımçıq qoymağı sevmir”

“Referendumun keçirilməsi o deməkdir ki, Rusiya prezidentinin hakimiyyətdə qalmasını istəyən kifayət adam adam var”




“MDB-in Minskdə keçirilən sammiti zamanı o, məni başqa bir otağa apardı. Ayrıca, qaranlıq bir otaq idi. Dırnaqlarını mənim dizimə keçirdi. Bax, belə. Və orada göz-gözə, mənim üzümə, məni müharibə ilə təhdid etdi”.
Gürcüstan prezidenti Mixail Saakaşvili bir müddət əvvəl Rusiya televiziyalarından birinə verdiyi müsahibədə Vladimi Putin haqqında danışarkən bu sözləri deyib. O, bildirib ki, Putin olduqca təhlükəli adamdır. Saakaşvilinin sözlərinə görə, rusiyalı həmkarı dəfələrlə onu və digər dünya liderlərini ölümlə təhdid edib. Səslənən iddialar haqqənda müxtəlif fikirlər var. 

BDU-nun professoru, politoloq Əlimusa İbrahimov “Sherg.az”a Saakaşvilinin müsahibəsini təhlil edib. Professorun sözlərinə görə, prezidentin bu çıxışı onun xarakteri ilə səsləşir: 

“İlk növbədə qeyd edim ki, Saakaşvili postsovet məkanında tanınan, nüfuzlu siyasətçilərdən biridir. O, bu qısa müsahibəsində sensasiya doğuracaq kifayət qədər informasiya verib. Elə Stalin, Yeltsin, Zelenski, Poroşenko haqqında dedikləri də olduqca maraqlıdır. Putinə münasibəti isə açıq-aşkar idi. Gürcüstan prezidenti “Mən heç kimə kin saxlamıram” desə də, onun Putinə nifrəti hiss olunurdu.

Əslində Putini hər kəs-bütün siyasətçilər tanıyır. O, il ərzində 30-40 dəfə müxtəlif dövlət başçıları ilə görüşür. Yəni Putinin şəxsiyyəti hamıya məlumdur. Bəlkə də, rusiyalı prezident haqqında daha çox sensasiyalı məlumat var. Amma hələ ki, heç kim bunu yaymağa cəsarət etmir. Bircə Saakaşvilidən başqa. Çünki Saakaşvilidə bu xarakter var. Digər xəbərlər isə, yəqin, zamanla yayılacaq”. 
 
Ə. İbrahimov iki siyasətçi arasındakı münasibətlərdən də danışdı:

“Saakaşvilinin qarşısını alan yeganə şəxs Putindir. Yadınızdadırsa, Saakaşvili Gürcüstanda hakimiyyətə gələndə çox ciddi iddiaları var idi. O, NATO-ya, Aİ-yə üzv olmaq istəyirdi. Amma Putin buna mane oldu. Və beləliklə, həm də Rusiyanı dağılmaqdan qurtardı. Putin vaxtında müvafiq addımlar atmasa idi, indi biz Gürcüstan haqqında NATO-nun üzvü olan bir ölkə kimi, Rusiyanı isə ölüm-dirim savaşında olan dövlət kimi yada salırdıq.

Putin öz qətiyyəti ilə Gürcüstanın planlarını bir neçə on illik sonraya “təxirə saldı”, həmçinin Ukraynaya da mane oldu. İndi Rusiya ilə Gürcüstan düşmən olsa da, ikisinin də Azərbaycana qarşı münasibəti yaxşıdır. Saakaşvili dəfələrlə Azərbaycan xalqının dostu olduğunu deyib, erməniləri ifşa edən bəyanatlar səsləndirib. Ümumiyyətlə, bizim yeganə və ən böyük düşmənimiz ermənilərdir”. 

 Politoloq Putinin gələcək planlarına da  toxundu:

“Rusiyalı prezident 2035-ci ilə qədər hakimiyyətdə qalmaq istəyir. Bu, Putinin hələ siyasi səhnədən getmək istəmədiyi deməkdir. O, yerli xalq üçün hələ görüləcək işinin olduğunu düşünür. Ümumiyyətlə, Putin başladığı işi yarımçıq qoymağı sevmir. Referendumun keçirilməsi o deməkdir ki, Putinin hakimiyyətdə qalmasını istəyən kifayət adam adam var”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu